Azərbaycan əhalisinin sayında artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin açıqlamasına görə əhalinin sayı ilin əvvəlindən 34,9 min nəfər və ya 0,4% artaraq bu il may ayının 1-i vəziyyətinə 9 milyon 627,9 min nəfərə çatıb. Komitənin yaydığı məlumatda o da bildirilir ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.
Ümumi əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir.
Bu ilin yanvar-aprel ayları ərzində ölkədə 53,5 min körpə doğulub. Doğulanların 53,6%-i oğlan, 46,4%-i qızlardır.
Bu ilin 4 ayı ərzində ölkədə 19,1 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 6,5-dən 6,1-ə qədər azalıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.