Çinin Təhlükəsizlik Komitəsinin sabiq rəisi ömürlük həbs cəzasına məhkum edilib. Çin dövlət mediası bildirib ki, Zhou Yongkang korrupsiya ittihamı ilə həbs cəzasına məhkum edilib. O, Kommunist Partiyasının anti-rüşvət kampaniyası tərəfindən cəzalandırılan ən yüksək səlahiyyətli şəxsdir. Rəsmi Sinhua xəbər agentliyi bildirib ki,72 yaşlı Zhou günahını etiraf edib və apellyasiyaya müraciət etmiyəcək. Məhkəmə Tianjin şəhərində qapalı qapılar arxasında keçirilib.
Zhou rəsmən ötən ay rüşvət, səlahiyyətlərindən sui-istifadə və dövlət sirlərini açıqlamaqda ittiham olunub. Lakin cümə axşamına qədər onun məhkəmə tarixi və yeri məxfi saxlanıb. Sinhua bildirib ki, Zhou ömrlük siyasi hüquqlarından məhrum olub və onun şəxsi əmlakı müsadirə edilib.
Qeyd edək ki, bu günə kimi ən azı digər yüksək vəzifəli 50 rəsmi və bir çox aşağı səviyyəli kadrlar anti-rüşvət kampaniyası tərəfindən ifşa edilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.