Baku 2015 açılış mərasimini buradan izləyin - CANLI
"Baku 2015" I Avropa oyunlarının açılışına bir neçə saat qalıb.
Cia.az-ın məlumatına görə, bununla əlaqədar oyunların rəsmi "YouTube" səhifəsi canlı yayıma start verdi. Bakı-2015 I Avropa Oyunlarında ilk yarış başlayıb. Hazırda sinxron üzgüçülük üzrə Avropa komandaları öz proqramlarını təqdim edirlər.
Avropa Oyunlarında start xəttinə çıxacaq ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulacaq.
Bundan əlavə sıfırıncı günün proqramında su polosu idman növü üzrə idmançılar öz bacarıqlarını göstərəcək. Daha sonra isə əlbətdəki oyunların rəsmi açılışının birbaşa yayımlanması yer alacaq.
Xatırladaq ki, 17 günlük yarışda qitənin ən yaxşı idmançıları (6 min idmançı) 20 idman növü üzrə mübarizə aparacaqlar.
Onlar sadəcə ilk Avropa Oyunlarının medalına sahib olmayacaqlar, eyni zamanda 12 idman növü üzrə Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.