"Rusiya Ukraynanın şərqinə moskvapərəst silahlılara təlim keçir, onları silahlandırır, maliyyələşdirir və onlarla birlikdə vuruşur."
Bu ittihamı ABŞ-ın BMT-dəki səfiri Samanta Pover səsləndirib.
O, Kiyevdə çıxışı zamanı deyib ki, Kreml Ukraynanın şərqindəki separatçılara dəstək göstərmədiyini önə sürür. Amma, bu. belə deyil.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar pozuntulara baxmayaraq, Minsk atəşkəs sazişini dəstəkləyir: "Pozuntulara separatçılar yol verir, əvvəllər geri çəkilən ağır silahlar yenidən peyda olub."
Xatırladaq ki, S.Poverin səfəri ilə eyni vaxtda Ukraynanın şərqində iki əsgər və 3 dinc sakin öldürülüb. Ötən ilin aprelindən indiyədək isə 7 minə yaxın adam həlak olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.