"Neftçi"dəki maliyyə böhranı xəbəri Syerra-Leoneyə də çatıb. "Ağ-qaralar"ın yarımmüdafiəçisi Julius Vobay vətənində verdiyi açıqlamada klubunun ona 4 aylıq borcunun ödənilmədiyini və bununla bağlı AFFA-ya və daha sonra məhkəmə orqanlarına müraciət edəcəyini bildirib.
Syerra-Leone yığmasının futbolçusu Bakı klubu ilə müqavilə bağlamaqdan imtina etməsinin səbəbi kimi də məhz maliyyə problemlərini göstərib: "Hansı yeni müqavilədən danışa bilərik? Dörd ayın maaşını borcludurlar. AFFA-ya şikayət edəcəm. Əgər Azərbaycanın ali futbol qurumu lazımı ölçü götürməsə, problemi beynəlxalq hüquq normativləri müstəvisinə daşıyacam. Hətta mənə ödəməli olduqları maaş və bonusları qəpiyinə kimi qaytarsalar da, "Neftçi" ilə yeni müqavilə imzalamayacam".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.