Türkiyənin tanınmış müğənnisi Ceylanın 23 yaşlı qızı Melodinin ilk dəfə şəkilləri yayılıb.
Cia.az “Hürriyət”ə istinadən xəbər verir ki, sənətçinin qızı universitet məzunu olub. Onunla çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşan Ceylan qızına arzularını da yazıb:
“Qızım universiteti bitirdi. Sanki onun yerinə o hissi mən yaşadım. Canım qızım, həmişə xoşbəxt ol. Sənə kədəri az, sevinci bol illər arzulayıram. Mən səndən razıyam, Allah da razı olsun! Səninlə qürur duyuram…”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.