banner
banner

Gündəm

Azərbaycan səmasında qorxudan hadisə

Azərbaycan səmasında qorxudan hadisə

2015-ci il iyunun 13-də Bakı-Naxçıvan marşrutu üzrə AHY-2253 reysini həyata keçirən “Boeing-757” təyyarəsi avialaynerin hidrosistemlərinin birində təzyiqin düşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.

“Azərbaycan Hava Yolları “QSC-nin mətbuat xidmətindən  verilən məlumata görə, belə nasazlıqla uçuş təyinat məntəqəsində mümkün idi, lakin ekipaj komandiri nasazlığın uçuşun doqquzuncu dəqiqəsində - havaya qalxdıqdan dərhal sonra baş verdiyini nəzərə alaraq enişi uçuşun edildiyi aeroportda həyata keçirmək qərarını alıb.

Yerli vaxtla saat 21:02-də eniş ştat rejimində əmin-amanlıqla başa çatıb.

Qayıdan təyyarənin sərnişinləri yerli vaxtla saat 22:45-də ehtiyat “Boeing-757” təyyarəsi ilə Naxçıvana yola salınacaq.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.