banner
banner

Gündəm

Gürcüstanda matəm elan olundu

Gürcüstanda matəm elan olundu

Bu gün Gürcüstanda matəm elan olunub. 

Cia.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili son təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xəsarət alanlara kömək məqsədi ilə yaradılan fövqəladə qərərgahın iclasında bildirib. 

Baş nazir qeyd edib ki, bu gün baş verən hadisə böyük faciədir. Hadisə zamanı ölənlərin ailələrinə başsağlığı diləyirəm. Sərəncama uyğun olaraq iyunun 15-ni matəm günü elan edirik.

Xatırladaq ki, ötən gün ölkə paytaxtında güclü qasırğa baş verib. Faciə nəticəsində 5 nəfər ölüb, 20-dək vətəndaş yaralanıb. Bundan başqa daha 10 nəfər itkin düşüb.  

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.