Türkiyədə "TV 8"də ekrana gedən "Bana baba dedi" serialının yayımı dayandırılıb.
Cia.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, Eser Yenenlər, Oğuzhan Koç, İbrahim Büyükak kimi aktyorların rol aldığı filmin final bölüm yayımlaması tamaşaçıları təəccübləndırıb. Eser Yenenlər ona ünvanlanan suallara sosial şəbəkədə cavab verib.
O, "Gözəl oldu, çox şey öyrətdi, izlənildi, sevildi, amma tam istədiyimiz kimi olmadı. Yayılan xəbərlər doğrudur. "Bana baba dedi" bitdi" deyə, bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.