banner
banner

Hərbİ

Cəbhə yaxınlığında təxribat

Cəbhə yaxınlığında təxribat

Ötən gecədən başlayaraq ermənilər yenidən işğal altındakı Azərbaycan torpaqlarında yanğınlar törətməyə başlayıblar.

Ermənilər Ağdamın Uzundərə və Gülçülük sovxozu adlandırılan ərazilərini yandırıblar.

Geniş əraziyə yayılan yanğın gecə saatlarınadək davam edib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının böyüməsinin qarşısı alınıb. Çətin də olsa yanğın söndürülüb.

Qeyd edək ki, son günlər ermənilər cəbhəyanı ərazilərdə mütəmadi olaraq yanğınlar törədir. Ermənilərin təxribatı nəticəsində Azərbaycanın nəzarətində olan ərazilərdə böyük əkin sahələri yanaraq məhv olub.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.