banner
banner

İdman

Hər bir Azərbaycan vətəndaşının qələbəsi

Hər bir Azərbaycan vətəndaşının qələbəsi

"Bakı-2015" Birinci Avropa Oyunlarına möhtəşəm açılışla start verildi. Avropanın 50-dən çox ölkəsindən olan 6 mindən çox idmançı 20 idman növündə artıq mübarizə başlayıb. Avropa Oyunlarının açılış mərasimi möhtəşəmliyi, əzəməti, orjinallığı ilə hələ uzun müddət yaddaşlarda qalacaq. Butun dünya, respublikamız, o cümlədən cəbhə bölgəsində yerləşən rayonlarımız Avropa Oyunlarının açılış mərasiminin yaratdığı möhtəşəm mənzərənin şahidi oldu.

Avropa Oyunlarının açılış mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dediyi kimi, bu möhtəşəm bayram müstəqil Azərbaycanın bayramıdır. Bu bayram həm də ərazisinin böyük bir hissəsi işğal altında olan torpaqlarımızın azadlığı bayramının əsası olacaq.

Avropa Oyunları çərçivəsində düşmənlə təmas xəttində yerləşən Horadizdə məşəl estafetinin keçirilməsi, möhtəşəm Alov festivalının təşkil olunması rayonlarımızı, bölgələrimizi Avropa Oyunlarının tarixinə yazıb. Məşəl estafeti və Alov festival çərçivəsində rayona gələn turistlər, qonaqlar indi burada müharibənin dağıntıları ilə üzləşmədilər, bu yerlərdə gözəlliyin şahidi oldular, insanların xoş günlərinə sevindilər.

Bütün bunlar sakinlər tərəfindən də böyük sevinc və fərəhlə qarşılanır, artıq cəbhə xəttində yaşayanlar gələcəyə inamla baxır, işləyir, yaşayır, mübarizə aparır və sabahlarını qururlar. Sakinlər inanırlar ki, Prezident İlham Əliyevin apardığı müdrik, qətiyyətli siyasət, praqmatik liderlik keyfiyyəti nəticəsində işğal olunmuş torpaqlarımız düşmən tapdağından azad olunacaq, bayrağımız Şuşada, Xankəndində, Füzulidə, Ağdamda, Cəbrayılda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Zəngilanda dalğalanacaq. Təbii ki, bu yolda hər kəs Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti bəyənir və daim müdafiə edirlər.

Hər kəs inanır ki, Birinci Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi, Avropa dövlətlərində çoxminli insanların Azərbaycana gələrək reallıqları öz gözləri ilə görmələri, Azərbaycan həqiqətlərini bir daha dünya miqyasında geniş təbliğ edəcək və Dağlıq Qarabağ probleminin həllini sürətləndirəcək.

Azərbaycan müstəqillik əldə etdikdən sona çox böyük uğurlar əldə edib, bir çox ilklərə imza atıb, ancaq iyunun 12-də Bakıda Avropanın və dünyanın tarixində yeni səhifə yazıldı. Yunanıstan ilk Olimpiya Oyunlarının vətəni sayıldığı kimi, Azərbaycan da həmin gün Avropa Oyunlarının vətəni kimi tarixin səhifəsinə yazıldı. Bütün bunların əldə edilməsində Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında nail olundu. Azərbaycan İlham Əliyevin rəhbərliyi altında dünya dövlətlərinin onilliklər boyu can atdığı, bəzən həsədlə baxdığı uğuru qısa müddət ərzində qazandı, layiqli liderlə uzun yolu qısa müddətdə adladı, xalq və millət olaraq dünyada layiqli yerimizi təmin etdi. İmzalar içərisində imzamız göründü. Qoy, ocağımız, məşəlimiz heç zaman sönməsin! 

























Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.