Fransanın tanınmış modelyeri Zahia Dehar heyvanların hüququnu qoruyan “PETA”nın ət istehsalına qarşı başladığı kampaniyaya dəstək olmaq üçün çılpaq poza verib.
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kanadalı müğənni Bryan Adams tərəfindən çəkilən fotolarda Deharın bədəninə boyun, çiyin, sinə, bud və ayaq sözləri yazılıb. Afişada “Ürəyiniz varsa, vegetarian olun” şüarı yer alıb.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.