banner
banner

Sosİal

Cavan qalmaq üçün bu şirələri iç

Cavan qalmaq üçün bu şirələri iç

Kaliforniya Universitetinin alimləri belə qənaətə gəliblər ki, cavan qalmaq istəyənlər ancaq maye içməlidirlər. Daim gözəl və təravətli görünmək istəyənlərə alimlər tərkibində antioksidant olan 6 içki təqdim edib. Onlar həm də cavanlaşdırıcı funksiyaya malikdir.

Axşam.az xarici mətbuata istinadən həmin içkiləri təqdim edir:

1. Alma şirəsi
Ateroskleroz, qaraciyər, sidik kisəsi xəstəlikləri, böyrək daşlarının yaranmasının qarşısını alır. Mədə-bağırsaq sistemini tənzimləyir, orqanizmdən sərbəst radikalları, toksinləri və şlakları kənarlaşdırır. Az kalorili alma şirəsi yüksək dərəcədə dəmirlə zəngindir. Bu da fiziki gücü artırır, yorğunluğu aradan qaldırır, infeksion xəstəliklərdən qoruyur, ürək-damar sistemini və ağciyərləri
müalicə edir.


2. Albalı şirəsi
Dişləri, yaddaşı möhkəmlədir, görmə qabiliyyətini gücləndirir, əzələ ağrılarını aradan qaldırır. Tərkibində olan dəmir və maqnezium sayəsində, orqanizm hemoqlabin ilə tam təmin olunur. Albalı
şirəsini sidik kanalında olan infeksiyaları yox etmək üçün içirlər. O, iştahanı tənzimləyir, bəlğəmgətirici xarakterə malikdir. Sən demə, albalı şirəsi həm də bütün növ xərçəng xəstəliklərinin yaranmasının qarşısını alır.

3. Qarağat şirəsi
Bakterisid təsir göstərib, böyrəkləri, sidik kanalını, bağırsaq infeksiyalarını, damağı, mədə xorasını
müalicə edir, bağırsaqdakı qurdları kənarlaşdırır. Şəkər xəstələrinə qarağat şirəsi içmək daha çox vacibdir. Allergiya ilə mübarizə aparır, görmə qabiliyyətini gücləndirir, damarları elastikləşdirib, qırışların qarşısını alır.

4. Üzüm şirəsi
A, C və B vitamin qrupu, kalsium, fosfor, kalium, mis, dəmir, maqnezium və kükürd ilə zəngin olan bu şirə maddələr mübadiləsini gücləndirir, həzmi yaxşılaşdırır, şlakları təmizləyir və arıqlamağa kömək edir. Dərini, dırnaqları və saçları maksimum səviyyədə gözəlləşdirən üzüm şirəsi infeksiyalarla mübarizə aparır, damarları və oynaqları möhkəmləndirib, qanı və qaraciyəri təmizləyir, yaddaşı gücləndirib, döş xərçəngi ilə mübarizə aparmağa kömək edir.

5. Nar şirəsi
Yüksək dərəcədə antioksidant, C və B vitaminləri ilə bol olan bu şirə bütün orqanizmə, eləcə də ürək-damar və əsəb sisteminə xeyirlidir. Dəri, saç, dırnaq və oynaqları yaxşılaşdıran şirə hemoqlabini yüksəldir, orqanizmi əməliyyatdan sonra bərpa edir, böyrəyə, mədə-xorasına anginaya, damar təmizlənməsinə, qripə, həzmə və iştahanın tənzimlənməsinə olduqca xeyirlidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.