Kürdüstan müstəqilliyini elan edəcəyi tarix açıqlandı.
İraqın kürd bölgəsinin başçısı Məsud Bərzaninin təkrar rəhbər seçiləcəyi halda 2 il içində Kürdüstanın müstəqiliyyini elan edəcəyi iddia edilir.
Rudwat saytına müsahibə verən və adının açıqlanmasını istəməyən kürd yönətimi səlahiyyətlisi Məsud Bərzaninin yenidən rəhbər olması ilə ilk 2 il içində Kürdüstanın müstəqilliyini elan edəcəyini söyləyib.
Şimali İraq Kürdüstan bölgəsi başçısı Məsud Bərzani keçiriləcək seçkilərin 20 avqust 2015-ci ildə keçirilməsi üçün təlimat verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.