banner
banner

Dünya

Türkiyədə istefada olan polis rəisi güllələnərək öldürüldü

Türkiyədə istefada olan polis rəisi güllələnərək öldürüldü

Türkiyə Muğla vilayətinin Marmaris rayonunda istefada olan polis rəisinin başından güllələnmiş vəziyyətdə cəsədi aşkarlanıb. Cia.az-ın yerli mətbuat istinadən verdiyi xəbərə görə, rayonun Armutalan məhəlləsi sakinləri yolda, ağacların altında bir kişinin yatdığını görərək bu barədə polisə məlumat veriblər. Hadisə yerinə gedən polislər həmin şəxsin başından güllələnərək öldürüldüyünü müəyyən ediblər. Həmçinin məlum olub ki, öldürülən şəxs bir müddət istefaya ayrılan 57 yaşlı polis rəisi Vedat Merandır. Aparılan incələmələrdən sonra Meranın cəsədi Marmaris dövlət xəstəxanasının morquna aparılıb. Polislər hadisə yerində bir tapança da aşkarlayıblar. 

Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.