banner
banner

Gündəm

Təhsil Nazirliyi Ermənistanın cavabını verdi

Təhsil Nazirliyi Ermənistanın cavabını verdi

Azərbaycan Təhsil Nazirliyi ermənistanlı şagirdlərin təhlükəsizliyinin təminatı olmadığından Bakıda keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında iştirak etməyəcəyi ilə bağlı Ermənistan Təhsil Nazirliyinin verdiyi bəyanata münasibət bildirib.

Azərbaycan Təhsil Nazirliyindən Cia.az-a verilən məlumata görə, Azərbaycan Respublikası son illər ərzində çox sayda nüfuzlu beynəlxalq və regional xarakterli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və bu tədbirlər çərçivəsində hər hansı ölkənin iştirakçılarına münasibətdə ayrı-seçkilik nümayiş olunmayıb: "Mövcud təcrübə deməyə əsas verir ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə vətəndaşlığından asılı olmayaraq, bütün iştirakçıların təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görülür. Məhz bu səbəbdən Ermənistan elm və təhsil nazirinin ölkəsini təmsil edən idmançıların Bakıda keçirilən birinci Avropa Oyunlarında tam təhlükəsiz şəraitdə iştirak etdiyi dövrdə bəyanat verməsi isə təəccüb və təəssüf doğurur".

Nazirlikdən deyilib ki, 47-ci dəfə keçirilən Beynəlxalq Kimya Olimpiadasının reqlamentində iştirakçı ölkələr üçün xüsusi təhlükəsizlik zəmanətinin təmin olunması nəzərdə tutulmayıb: "Bu qayda cari ilin 20-29 iyul tarixlərində Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Bakıda baş tutacaq Beynəlxalq Kimya Olimpiadasına da aiddir. Hər bir beynəlxalq yarışda iştirak və ya iştirakdan imtina istənilən ölkənin öz seçim hüququdur. Birinci dəfə deyil ki, müxtəlif yarışlarda iştirak məsələsi ətrafında Ermənistanın rəsmi dairələri tərəfindən sui-istifadə hallarına yol verilir. Məktəblilərin iştirak etdiyi bu yarışı siyasiləşdirmək cəhdi də təəssüf hissi doğurur. Azərbaycan tərəfi 47-ci Beynəlxalq Kimya Olimpiadasının keçirilməsinə dair üzərinə düşən bütün öhdəlikləri tam həcmdə yerinə yetirir".

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.