Tanınmış italiyalı jurnalist Djuletto Keza ölkə mətbuatına Ukraynadakı vəziyyətlə bağlı maraqlı açıqlama verib. Cia.az-ın məlumatına görə, ötən həftə Nikelino (Pyemont) şəhərində Mədəni Müqavimət Assosiasiyasının "Ukrayna: Avropa qitəsində partlamağı hədələyən gec açılan bomba" mövzusunda təşkil etdiyi konfransda D.Keza deyib ki, ictimaiyyətin Ukraynadakı hadisələr haqqında bildiklərinin hamısı yalandır və bunun səbəbi İtaliya KİV-ləridir. Ukraynada baş verənləri Qərb mətbuatı olduğu kimi təqdim etmir.
O, öz ölkəsinin siyasi liderlərinin tutduğu mövqe sərt tənqid edib, onları məlumatsızlıqda və etinasızlıqda günahlandırıb: "Onlar yalan faktlar əsasında əhəmiyyətli qərarlar qəbul edirlər. Onlar bütün dünyaya göstərmək niyyətindədir ki, Rusiyada siyasi böhran var, amma, bu, belə deyil. Putinə dünyanı üçüncü Dünya müharibəsindən xilas edəcək Qərbin planlarında maneə kimi baxılır. Nəyə görə bütün diqqət Rusiyaya qarşı yönəldilib? Cavab aşkardır, Rusiya hazırda yeganə ölkədir ki, Amerikanı dayandıra bilər. Putin XXI əsrin Amerika əsri olmasına mane olur. Bu o deməkdir ki, kimsə aradan götürülməlidir, necə ki, Miloşeviçə, Hüseynə, Qəddafiyə etdilər, növbədə isə Bəşər Əsəddir."
Onun sözlərinə görə, indiki vəziyyətdən Qərbdə məharətlə istifadə edirlər. Mən soyuq müharibə dövründə böyüdüm, heç kim ABŞ-ın dövlət katibləri haqqında heç kim cürət etmirdi, necə ki, indi Putin haqqında danışırlar. Bu, adi bayağılıqdır, bu, diplomatik dil deyil. Rusiya heç vaxt Donetskə girməyəcək, amma Krım həmişə Rusiyanın olacaq, faydasız illüziyalara qapılmayın.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.