banner
banner

Sosİal

İşsizlər üçün əmək yarmarkası

İşsizlər üçün əmək yarmarkası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iyunun 18-də Tovuz, iyunun 19-da isə Ağstafa rayonlarında Əmək yarmarkaları keçiriləcək.
Nazirlikdən Cia.az-a bildirilib ki, hazırda yarmarkalarda təqdim olunacaq boş iş yerləri barədə müəssisələrdən məlumatların toplanması işləri aparılır. İlkin məlumata görə, Tovuz rayonunda keçiriləcək yarmarkada 218, Ağstafa rayonunda keçiriləcək yarmarkada isə 260 boş iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim olunacaq. Tədbirlərdə boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edəcək. Yarmarkalar zamanı peşə hazırlığına cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq. Əmək yarmarkaları Tovuz rayonunda Şahmat məktəbinin binasında, Ağstafa rayonunda isə Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Dövlət Məşğulluq Xidməti tərəfindən 2015-ci il üzrə əmək yarmarkalarına cari ilin mart ayından başlanılıb. Həmin vaxtdan bəri 8 rayonda keçirilən Əmək yarmarkalarında 587 nəfərə boş iş yerlərinə göndəriş verilib ki, onlardan 488 nəfəri (83,1 faiz) göndəriş verilən müəssisələrdə münasib işlə təmin ediliblər. Bu tədbirlərdə 22 nəfər peşə hazırlığına, 21 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata alınıb.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.