banner
banner

Şou

Məşhur serialda inanılmaz səhv

Məşhur serialda inanılmaz səhv

TRT1-də yayımlanan “Milat” serialında çəkilən aktrisa Burcu Karanın başına iş gəlib.

Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ekran işində yol verilən xəta nəticəsində aktrisanın mobil telefon nömrəsi minlərlə tamaşaçının əlinə keçib. Belə ki, Burcunun tərəf müqabili İsmayıl Filiz çəkiliş zamanı aktrisanın serialdakı rolu olan Gökçəyə zəng edib.
 
Bu zaman telefonun ekranındakı rəqəmlər mozaiklə örtülməyib və B.Karanın nömrəsi yayılıb. 24 saat ərzində minlərlə zəng qəbul edən Burcu əvvəlcə nömrəsinin necə aşkarlandığını bilməsə də, daha sonra hər şeyi başa düşüb. Telefon nömrəsini dəyişməyi düşünən aktrisa daha sonra fikrindən daşınaraq, tanımadığı zəngləri qəbul etməməklə kifayətlənib.

Qeyd edək ki, İ.Filiz mobil telefonuna Gökçə adı altında Burcunun həqiqi nömrəsini qeydiyyata salıb. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.