Oruc tutarkən baş ağrısı və ya miqren kimi problemlərlə qarşılaşa bilərsiniz.
Belə hallarda hansı tədbirləri görməli olduğunuzu təqdim edirik:
1) Bir dilim limonu əlinizdə ovuşdurub yaxşıca əzin. Daha sonra onu üzünüzə və alnınıza sürtün.
2) Stressdən uzaq durun. Baş ağrılarının əsas səbəblərindən biri də stressdir. Bu səbəbdən əzələlər gərginləşir və tədricən başlayan boyun ağrıları baş ağrıları ilə əvəz olunur. Boynunuzu hərəkət etdirərək yüngül masajlar edin.
3) Başınız ağrıyırsa, yatarkən yastığınıza bir damcı yasəmən yağı damızdırın. Bu, baş ağrılarını sakitləşdirir.
4) Bədənimizin müəyyən hissələrində xüsusi həssas nöqtələr var ki, baş ağrıları ilə birbaşa əlaqəlidir. Məsələn, başınız ağrıyan zaman əlinizin baş barmaqla işarə barmağı arasında olan hissədəki nöqtəni sıxın. Tədricən həmin hissəni ovalşəkilli masaj edin.
5) Miqreniniz varsa, işığa həssaslığınız da artan olacaq. Bu səbəbdən qaranlıq otaqda yatmağa üstünlük verin.
6) Qaynar duş baş ağrılarına faydalıdır. Bundna başqa, ayaqlarınızı qaynar su ilə dolu qaba qoymağınız da məsləhətdir.
7) Başınıza buz torbası qoymaq da ağrıları sakitləşdirər.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.