Türkiyənin tanınmış aktrisası və jurnalist-yazıçısı İclal Aydın ərə gedib.
Cia.az “Posta”ya istinadən xəbər verir ki, sənətçi baş rolda çəkildiyi “O hayat benim” serialının efir rejissoru Efe Kubilayla sürpriz şəkildə nikah bağlayıb.
Cütlüyün nikah şahidi doğmaları olub.
Qeyd edək ki, İclal Aydınla Efe Kubilayın sevgi macərası 2014-cü ildə yazıçının adıçəkilən seriala qatılmasıyla başlayıb.
İclalın ilk nikahından Zeynəb Lal adlı bir qızı var. Bu, İ.Aydının dördüncü nikahıdır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.