banner
banner

Sağlamlıq

Bu qidanı imsak süfrənizdən əskik etməyin

Bu qidanı imsak süfrənizdən əskik etməyin

Oruc tutarkən çətinlik çəkməmək üçün imsak vaxtı tox tutan qidalar yemək lazımdır.

Məhz bu lazımlı qidalardan biri də yumurta hesab edilir. Dietoloqlar Ramazan ayında yeyilə biləcək ən mühüm faydalı qidalardan birinin yumurta olduğunu deyir. Çünki protein qaynağı olan yumurta adamı daha çox tox saxlayır. Odur ki, imsakda 1 yumurta yeməniz mütləqdir.

Aile.lent.az-ın məlumatına görə, ramazan ayında az yediyimizdən bədənimizin bəzi qidalara olan ehtiyacını ödəmək çətinləşir. Ancaq imsakda yeyilən 1 ədəd yumurta bu ehtiyaclarımızın bəzilərini qarşılamış olur. Yumurta A, D, E vitaminləri, tiamin, niacin, riboflavin, dəmir, sink, fol turşusu, fosforla zəngindir.

Ancaq yumurta yeyərkən də bəzi qaydalara əməl etməlisiniz. Sosiska, kolbasa kimi duz nisbəti yüksək qidalarla bişirilən yumurta susuzluğu daha çox artırar. Yağda bişirilmiş yumurtanı da yeməyin. Qaynamış, mümkünsə yarı çiy halda yeyin.

İmsak süfrəniz üçün bəzi nümunələr təqdim edirik:

2 dilim ağ pendir

1 ədəd qaynamış yumurta

3-4 ədəd quru ərik

3-4 dilim buğda çörəyi

Xiyar + pomidor

Axşam yatmadan əvvəl isə 1 stəkan yağlı qatıq, 1 ədəd ortaboy banan yeyə bilərsiz.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.