banner
banner

Dünya

Türkiyə parlamenti yeni tərkibdə ilk iclasını keçirəcək

Türkiyə parlamenti yeni tərkibdə ilk iclasını keçirəcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni tərkibdə ilk iclasını keçirəcəyi tarix məlum olub. Cia.az-ın məlumatına görə, seçkinin rəsmi nəticələrinin TRT-də elan olunmasından sonra TBMM-nin və hökuməti qurmaq fəaliyyətlərinin başlama tarixi dəqiqləşib. TBMM daxili nizamnaməsinin, “rəsmi nəticələrin elan olunmasından sonrakı 5-ci gün saat 15.00-də TBMM iclas keçirər” qaydasına əsasən Millət Məclisinin 23 iyunda toplanacağı bildirilib. Keçirilən ilk iclas zamanı milət vəkilləri and içəcək, bundan sonra ölkə prezidenti ən çox səs toplamış partiyanın sədrinə hökuməti qurmaq vəzifəsini verəcək. 

Qeyd edək ki, TBMM-nin tərkibi 4 siyasi partiyanı təmsil edən millət vəkillərindən ibarət olacaq. Açıqlanan rəsmi nəticələrə görə, Ədalət və İnkişaf Partiyası (AKP) 258, Cümhuriyyət Xalq Partiyası (CHP) 132, Milliyətçi Hərəkat Partiyası (MHP) və Xalqın Demokreatiya Partiyası hər biri 80 millət vəkili ilə ölkə parlamentində təmsil olunacaq. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.