Cia.az-ın məlumatına görə, Kamçatka sahillərində meydana gələn zəlzələ Rixter şkalası ilə 4.8 bal gücündə olub. Bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) xəbər yayıb.
Zəlzələnin episentri episentri Petropavlovsk-Kamçatkadan 153 km şimal-şərqdə, ocağı isə yerin 58.1 km dərinliyində yerləşib.
"Kamçatkadakı qəsəbələrin bir çoxunda zəlzələ hiss olunmayıb, xəsarət alan, dağıntı və sunami ilə bağlı təhlükə yoxdur", - deyə Rusiya FHN-i vurğulayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.