banner
banner

Dünya

Rumıniya prezidentini seçdi

Rumıniya prezidentini seçdi

Noyabrın 16-da Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilib.

ANS PRESS-in məlumatına görə, Rumıniyanın Mərkəzi Seçki Bürosu noyabrın 16-da keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Məlumata əsasən, ACL alyansının namizədi Klaus Yohannis 55,79 faiz, Rumıniyanın hazırkı Baş naziri, PSD-UNPR-PC alyansının namizədi Viktor Ponta isə 44,20 faiz səs toplayıblar.

Rəqəmlər 6215 seçki məntəqələrindən alınan protokolların nəticələrinə əsaslanır.

Rumıniya Avropa Birliyində Bolqarıstandan sonra ikinci kasıb ölkədir. Əhalinin 40%-i hesab edir ki, onlar kommunistlər dövründə daha yaxşı yaşayırdılar.

Qeyd edək ki, Rumıniyada prezident seçkilərinin I turunda V.Pontaya seçicilərin 39,6%-i səs vermişdi. Onun milli liberallardan olan rəqibi Klaus Yohannis 30,2% səsini toplamışdı. Digər namizədlər 7%-dən çox səs toplaya bilməməklə seçicilərin lazımi dəstəyini ala bilməmişdi. Beləliklə, seçkilərin birinci turunda qələbə üçün lazım olan 50% səsi toplaya bilmədiklərinə görə V.Ponta və K.Yohannis noyabrın 16-da keçiriləcək ikinci turda yenidən qarşılaşmalı oldular.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.