Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəllə son mənzilə yola salınır. Cia.az-ın məlumatına görə, Türkiyə siyasət tarixində yarım əsr yüksək vəzifələrdə çalışmış mərhum prezidentlə vida mərasimi yaşadığı evin qarşısından başlayıb. Səhər saatlarından mərasimlə bağlı bəzi yollar bağlanıb. Yaxınları və sevənləri 45 dəqiqəlik bu mərasimdən sonra mərhum prezidenti son mənzilə yola salıb.
Cənazə daha sonra Türkiyə Böyük Millət Məclisinə (TBMM) aparılıb. Parlamentdə Süleyman Dəmirəlin vida mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, TBMM sədri Cəmil Çiçək, 11-ci prezident Abdullah Gül də iştirak edib. Süleyman Dəmirəlin vəfatı səbəbilə Ankarada keçirilən cənazə mərasiminə 9 ölkədən dövlət nümayəndələri qatılır.
Mərasimdə Şimali Kipr Türkiyə Cümhuriyyəti prezidenti Mustafa Akıncı, sabiq prezidenti Derviş Eroğlu, Xorvatiya sabiq baş nazirinin müavini və sabiq xarici işlər naziri Mate Qranise, Qırğızıstan xarici işlər naziri Erlan Abdyldaev, Ukrayna Parlamentinin millət vəkili və Krım-Tatar Məclisinin sabiq başçısı Mustafa Abdülcemil Kırımoğlu, Azərbaycan Milli Məclisinin sədri Oktay Əsədov və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Naxçıvan Muxtar Respublikasinin baş naziri Əlövsət Baxşıyev, Rumıniya Xarici İşlər Nazirliyi Dövlət katibi George Ciamba və digər rəsmilər iştirak edir.
Dəmirəlin cənazəsi hazırda xüsusi avtomobillə Kocatepe Məscidinə aparılır. Burada cümə namazının ardından cənazə namazı qılınacaq. Dəmirəlin qəbri daha sonra İspartaya aparılacaq və şənbə günü burada dəfn olunacaq.
Qeyd edək ki, 91 yaşındakı 9-cu prezident Süleyman Dəmirəl çərşənbə günü vəfat etmişdi. Mərhum prezidentin ölüm səbəbi tənəffüs yolu infeksiyası, böyrək və ürək çatmazlığı olaraq açıqlanmışdı.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.