banner
banner

Sosİal

"2" alanların sayı açıqlandı

"2" alanların sayı açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2, 6, 11, 16 iyun tarixlərində respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilimiş qaydada buraxılış imtahanları keçirib. 

Cia.az-ın komissiyanın mətbuat xidmtinə istinadən verildiyi məlumata görə, eyni gündə saat 10-da buraxılış sinfinin IX, saat 15-də isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdiriblər.

Bu imtahanlarda 105346 nəfər IX sinif şagirdi, 86156 nəfər XI sinif şagirdi iştirak edib.

9-cu sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə Ana dili və Riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzü üzrə yazı işi (inşa) yerinə yetiriblər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.

9-cu sinif şagirdlərinin 24.09 %-i “Ana dili”ndən “2”, 26.85 %-i “Riyaziyyat”dan “2”, 44.25 %-i “Ana dili”ndən “3”, 39.72 %-i “Riyaziyyat”dan “3”, 19.67 %-i “Ana dili”ndən “4”, 20.30 %-i “Riyaziyyat”dan “4”, 11.99 “Ana dili”ndən “5”, 13.14 %-i isə “Riyaziyyat”dan “5” alıblar.

11-ci sinif sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlərə təqdim edilmiş mövzü üzrə yazı işi yerinə yetirmək təklif olunub. İmtahanın ümumi müddəti iki saat müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.

11-ci sinif şagirdlərinin 19.87 %-i “Ana dili”ndən “2”, 21.53 %-i “Riyaziyyat”dan “2”, 18.71 %-i “Xarici dil”dən “2”, 19.57 %-i “Kimya”dan 2 alıblar. Şagirdlərin 37.35 %-i “Ana dili”ndən “3”, 32.61 %- “Riyaziyyat”dan “3”, 43.12 %- “Xarici dil”dən “3”, 58.71 %-i “Kimya”dan “3”lə qiymətləndiriliblər.

Şagirdlərin 25.85 %-i “Ana dili”ndən “4”, 28.68 %-i “Riyaziyyat”dan “4”, 21.37 %-i “Xarici dil”dən “4”, 15.59 %-i “Kimya”dan “4” alıblar. Şagirdlərin 16.93 %-i “Ana dili”ndən “5”, 17.18 %-i “Riyaziyyat”dan “5”, 16.80 %-i “Xarici dil”dən “5”, 6.13 %-i isə “Kimya”dan “5” alıblar.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.