Hər il olduğu kimi bu il də Azərbaycanın paytaxt və müxtəlif rayonlarında iftar çadırları qurulur.
Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun Cia.az-a verdiyi məlumata görə, artıq Bakı kəndlərində belə çadırlar qurulub və iftar süfrələri verilir. Onun sözlərinə görə, Qaraçuxur və İlahiyyat məscidlərində 30 gün ərzində iftar verilməsilə bağlı idarəyə məlumat verilib.
Qeyd edək ki, Şəki və Qəbələ rayonlarında iftar çadırları açılacaq. Bu rayonlardakı iftar çadırları da əhalinin maliyyə dəstəyilə təşkil olunur. İftar çadırları Ramazan ayının sonuna qədər əhaliyə açıq olacaq.
Adətən iftar çadırları məscidlərin həyətlərində təşkil olunur. Əhalinin maddi dəstəyi və məscidlərin daxili imkanları hesabına təşkil olunan bu çadırlarda Ramazan ayı boyunca iftar verilir. Təşkil olunan iftar çadırlarında 250–500 nəfər iftar edə bilər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.