I Avropa Oyunları çərçivəsində qadınlar arasında şosse velosipedi idmanı üzrə yarış başlayıb.
Cia.az-ın məlumatına görə, Azərbaycanı Ülfət Nəzərli və Olena Pavluxina təmsil edəcək.
“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində keçiriləcək velosiped yarışları ilə əlaqədar paytaxtın Üzeyir Hacıbəyov, Rixard Zorge, Rəşid Behbudov, Zərifə Əliyeva, Əziz Əliyev, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Landau, Abbasqulu Ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli küçələrində, habelə Bülbül, Neftçilər, İstiqlaliyyət, Parlament, İnşaatçılar və Hüseyn Cavid prospektlərində bu gün saat 05:30-dan 21:00-dək və iyunun 21-də saat 03:30-dan 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Qadınlar arasında şosse velosipedi idmanı üzrə yarışımnı sizə canlı təqdim edirik:
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.