banner
banner

Sosİal

Tovuzda ilanlar qadınlara hücum etdi

Tovuzda ilanlar qadınlara hücum etdi

Ötən gecə Tovuz rayonunda iki qadını ilan sancıb. Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mahirə Quliyevanın  verdiyi məlumata görə, hadisə dünən axşam 20 radələrində qeydə alınıb.

Axşam saatlarında 1970-ci il təvəllüdlü Sveta Məhərrəm qızı Poladova xəstəxanaya daxil olub. Onun ayağından ilan sancıb. Xəstəyə dərhal ilan əleyhinə zərdab vurulub. Hazırda vəziyyəti stabildir.

Eyni vaxtda xəstəxanaya daha bir qadın ilan sancması ilə daxil olub. Xəstəxanaya gətirilən 1976-cı il təvəllüdlü Xəyalə Cavad qızı Tanrıverdiyava müayinə edilib. Məlum olub ki, ilan onun sağ əlini sancıb. Qadına dərhal zəhər əleyhinə zərdab vurulub.

Edilən müdaxilələrə baxmayaraq onun yarası ağırlaşıb. Əli get-gedə şişməyə başlayıb.

"Hazırda Bakıdan kömək çağırmışıq. Gəlib onu Bakıya aparacaqlar. Xəstənin həyatı üçün təhlükə var", - deyə Mahirə Quliyeva bildirib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.