"Star TV"də yeni mövsümdə seriala çəkiləcəyi deyilən müğənni-aktyor Əmrahın üzünə "Pastel Film" şirkəti də qapılarını bağlayıb.
Cia.az-ın "acunn.com"a istinadən xəbərinə görə, bundan əvvəl "Unutamadım" adlı seriala çəkiləcəyini deyən sənətçi prodüser Faruk Turqutla dalaşmış və layihə təxirə düşmüşdü.
Telekanal rəhbərliyi "Pastel Film" şirkətindən Əmrah üçün serial çəkmələrini istəyib. Prodakşının rəhbəri Yaşar İrvül aktyorun problemli biri olduğunu deyərək, onunla çalışmaqdan imtina edib.
Qeyd edək ki, prodüser Faruk Turqut münasibətinin pis olduğu sənətçinin ssenariyə müdaxilələri və istəkləri üzündən serialın çəkilişlərini dayandırdığını bildirmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.