banner
banner

İdman

Çempion bəlli oldu

Çempion bəlli oldu

İyunun 20-də “Bakı-2015” birinci Avropa Oyunlarının çimərlik voleybolu yarışlarına yekun vurulub. İsveçrənin qadın çimərlik voleybolçuları birinci Avropa Oyunlarının çempionu olublar. 

 

Cia.az Azərtac-a istinadən xəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunan yarışın yarımfinalında avstriyalı Katarina Şutzenhofer-Lena Mariya Plesiutşniq dueti litvalı voleybolçular Yeva Dumbauskaite–Monika Povilaitite, İsveçrəni təmsil edən Nikola Eyholzer–Nina Betşart cütlüyü isə italiyalı Laura Giombini – Culia Totiyə 2:0 hesabı ilə qalib gələrək həlledici mərhələyə adlayıblar.

Qadın çimərlik voleybolçuları arasında üçüncü yer uğrunda görüşdə litvalı voleybolçular Yeva Dumbauskayte–Monika Povilaitite italiyalı Laura Giombini – Culia Toti cütlüyünə 2:0 (21:19 və 21:19) hesabı ilə qalib gələrək bürünc medallara sahib olublar.

Azarkeşlər final görüşündə də gərgin və maraqlı qarşılaşmanın şahidi olublar. İsveçrəli Nikola Eyholzer–Nina Betşart duetinin Avstriyanı təmsil edən Katarina Şutzenhofer-Lena Mariya Plesiutşniq cütlüyü ilə görüşündə ilk set birincilərin üstünlüyü ilə başa çatıb – 21:16. İkinci setdə isə avstriyalı idmançılar 14:21 hesabı ilə üstün olduqlarından qalibi müəyyənləşdirmək üçün əlavə hissə oynanılıb. Əlavə olunan hissədə 15:13 hesabı ilə qalib gələn isveçrəli atletlər birinci Avropa Oyunlarında çempionluq sevincini yaşayıblar.

Həmin gün kişilər arasında da səkkizdəbir və dörddəbir final qarşılaşmaları keçirilib və yarımfinalçılar müəyyənləşib. Kişilərin mübarizəsində yarımfinalda çexiyalı Premışl Kubala-Yan Hadrava dueti ilə latviyalı Martins Plavins və Haralds Reqza ilə üz-üzə gələcək. Digər yarımfinal görüşü isə Rusiya və İsveçrə təmsilçiləri arasında oynanılacaq. Finalda Rusiyanı Dmitri Barsuk və Yaroslav Koşkarev, İsveçrəni isə Aleksey Strasser və Qabriel Kislinq təmsil edəcəklər.

Xatırladaq ki, kişilərin yarışında Azərbaycanı təmsil edən idmançılar Neilton Santos və Yaroslav Rudıx onaltıdabir final mərhələsində Latviya voleybolçuları Martins Plavins–Haralds Reqzaya məğlub olaraq mübarizəni dayandırıblar.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.