banner
banner

Dünya

“İrqçilik Amerika cəmiyyətinin xəstəliyidir”

“İrqçilik Amerika cəmiyyətinin xəstəliyidir”
Bu bəyanatla Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Çarliston şəhərində kilsəyə hücuma münasibət olaraq çıxış edib. Obama tarixi kilsəyə hücum nəticəsində qaradərili şəxslərin qətli ilə əlaqədar silahın daşınması haqqında qanunların sərtləşdirilməsini təklif edib.
 
Qeyd edək ki, iyunun 17-də Afrika mənşəli amerikalıların getdiyi kilsəyə silahlı hücum zamanı 6 nəfər öldürülmüşdü. Polis araşdırmalardan sonra hücum edən şəxsin ağdərili 21 yaşlı Dilan Ruf olduğunu müəyyən edib. O, kütləvi qətli irqçilik motivi ilə törətdiyini etiraf edib:
 
“Qətlin motivi bizə aşkar göstərir ki, irqçilik Amerika cəmiyyətinin xəstəliyidir. Biz ona qarşı birlikdə mübarizə aparmalıyıq. Silahın daşınması haqqında qanunvericilikdə islahatlar aparmaq lazımdır. Hər ölkədə zorakılığa meyllik və ya psixi cəhətdən sağlam olmayan insanlar var. Amma fərq odur ki, hər ölkədə tapançaları bu şəkildə asan əldə etmək olmur. Buna görə də başqa inkişaf etmiş ölkələrdə qətllərin bu cür səviyyəsi müşahidə olunmur”. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.