Sima iş adamı olan atasının şəkillərini paylaşdı- Fotolar
“İşte benim stilim” moda yarışmasının qalmaqallı keçmiş iştirakçısı Sima Şərafətdinova sosial şəbəkədə atasının fotosunu paylaşıb.
Cia.az-ın məlumatına görə, o, məşhur biznesmen olan Vahid Şərafətdinovu “Atalar günü” münasibəti ilə təbrik edib:
“Həyatda həmişə belimi sənə dayadım. Mənə həmişə səhvlərimlə bağlı yol göstərdin. Bir addım atanda əlimdən tutdun. İndi fərq edirəm ki, sən mənim əlimi heç buraxmamısan. Şükür edirəm ki, bu dünyaya sənin qızın kimi gəlmişəm. Həyatda tam istədiyim yerdəyəm, buna görə sənə borcluyam. Ailəmizin rəisi, səni çox istyirəm ata”.
Qeyd edək ki, Vahid Şərafətdinov Türkiyə, Rusiya və İranda şirkətlərə sahibdir. Biznesmen İranda daha çox tanınır, eyni zamanda Dubayda şirkətləri var. İş adamı mediada daha çox Xocalı faciəsi ilə bağlı təşkil etdiyi tədbirlərlə gündəmə gəlib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.