banner
banner

Gündəm

Tiflisdən qaçan pinqvin Azərbaycanda tapıldı

Tiflisdən qaçan pinqvin Azərbaycanda tapıldı

14 iyun daşqınından sonra Tiflis zooparkından qaçaraq üzüb Azərbaycana gəlmiş pinqvin Gürcüstana göndərilib. Bu barədə "İnterfaks" məlumat yayıb.

Daşqın zamanı Tiflis zooparkından 9 pinqvin qaçıb, 8-ni dərhal tapıblar. Zoopark əməkdaşları sonuncu pinqvinin hadisə zamanı tələf olduğunu düşünsələr də bir neçə gün sonra üzərində zooparkın işarəsi olan quşu Azərbaycanda yanacaqdoldurma məntəqəsində tapıblar.

Yemək axtaran pinqvin insanlara özü yaxınlaşıb. Onu tutaraq Tiflisə - doğma zooparkına göndəriblər.

Qeyd edək ki, daşqın zamanı Tiflisi zooparkını su basıb, orda qalan 600 heyvandan yarısı həlak olub. Xüsusi təyinatlılar indiyədək Tiflis ətrafında sağ qalmış pələng və kaftarı axtarırlar.

Hadisə zamanı Gürcüstan paytaxtında 19 nəfər ölüb.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.