banner
banner

Dünya

Öcalan Baykalın köməkçisi olacaq

Öcalan Baykalın köməkçisi olacaq

Sabah Türkiyə Böyük Millət Məclisi (TBMM) ən uzun iş günlərindən birinə başlayacaq. Dəniz Baykal TBMM-nin ən yaşlı üzvü kimi parlamentin spikeri Cəmil Çiçəkdən vəzifəni təhvil götürəcək. Saat 14.00-də Anıtkabirə əklil qoyacaq Baykal daha sonra saat 15.00-də TBMM-nin ilk iclasını idarə edəcək. 

Sabah keçiriləcək iclasda 550 millət vəkili tək-tək kürsüyə çıxaraq konstitusiyasında yazılmış and mətnini türkcə oxuyacaqlar. Hər bir millət vəkilinin and içməsi ən azı 1 dəqiqə davam edərsə, fasilə verilməsə belə bu mərasimin 10 saatdan çox davam edəcəyi gözlənilir. Millət vəkillərinin əksəriyyətinin oruc tutduqları nəzərə alınarsa iftar fasiləsi ilə birlikdə and içmə mərasiminin gecənin yarısına qədər davam edəcəyini güman etmək olar. 

Uzun iş günü səbəbindən ən gənc 6 millət vəkili müvəqqəti katib statusu ilə Dəniz Baykala yardımçı olacaq və növbə ilə kürsüyə çıxacaq millət vəkillərinin adlarını oxuyacaqlar. Müvəqqəti spiker Baykala yardımçı olacaq müvəqqəti katiblər bunlardır: HDP-dən Tuba Hezer 1989, AKP-dən Fatma Qayə Gülər 1988, HDP-dən Dilek Öcalan 1987, AKP-dən Əbdürrəhim Boynukalın 1987, HDP-dən Enise Güneyli 1986, AKP-dən Sena Nur Çelik 1986-ci il təvəllüdlü. 

And içmə mərasimindən sonra TBMM spikerliyinə namizədliyə müraciət prosesi üçün məclisin fəaliyyətinə 5 gün fasilə veriləcək. Bu müddətdən sonra spikerlik üçün seçkinin ilk turu keçiriləcək. 

Millət vəkillərinin and içmə günü TBMM-dəki otaqlarından istifadə edə bilmələri üçün ötən gün parlamentsə partiya qruplarının nümayəndələrinin müşayiəti ilə püşk atma başlayıb. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.