“Metropolitenin vaqon parkındakı vaqonların istismar müddəti başa çatmayana qədər onlar xətdən çıxarılmayacaq. Hazırda isə orada 266 vaqon var”.
Bunu virtualaz.org saytına açıqlamasında “Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev yeni, kondisionerli vaqonlar qoşulmuş qatarların sayının azlığına aydınlıq gətirərkən deyib.
O vurğulayıb ki, köhnə qatarlar istismar müddətini başa vurduqca xətdən çıxarılacaq və daha müasir texnika ilə təchiz olunmuş yeni vaqonlarla əvəz olunacaq: “Hazırda xətdə hər biri 5 vaqondan ibarət olan 3 yeni qatar var. Onlar bir neçə il əvvəl imzalanmış müqavilə əsasında gətirilib. Yəni yeni vaqonların alınması Avropa Oyunları ilə bağlı deyil, oyunlar bitəndən sonra da vaqonlar xətdən çıxarılmayacaq”.
Yeni qatarlardakı kimi köhnələrdə də kondisioner sistemi quraşdırılmasının mümkünlüyünə gəlincə isə N.Paşayev bildirdi ki, həmin qatarların imkanları məhduddur, onlarda kondisioner quraşdırmaq mümkün deyil.
Qeyd edək ki, hazırda xətdə olan 3 qatar Bakı metropoliteni qatar parkının yenilənməsi məqsədilə Fransanın “Alstom” şirkəti ilə imzaladığı memorandum əsasında gətirilib. Qatarlar bu il iyunun 5-dən istifadəyə verilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.