Türkiyə İxracatçılar Məclisi 22-ci “İxracatın çempionları” mükafatlandırma mərasimini keçirib.
Cia.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, gecədə cənubi azərbaycanlı iş adamı Rza Zərrab ləl-cəvahirat ixracatı sektorundakı fəaliyyətinə görə mükafat alıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimdə Rza Zərrab mükafatı təqdim edilmək üçün “Volgam Gıda Dış Ticaret Limited” şirkətinin sahibi kimi səhnəyə dəvət olunub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.