Bu gün Bakı-2015 Avropa Oyunlarında sambo yarışları keçirilir. Cia.az-in məlumatına görə, 1 gün davam edəcək mübarizədə 8 dəst medalın sahibi müəyyənləşəcək.
Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayır. Azərbaycan millisi yarışa 8 samboçu ilə qatılıb.
Qadınlar arasında 52 kq çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edib. İlk görüşü 1/4 finala təsadüf edən idmançımız Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gəlib. Qarşılaşma Xəlilova üçün elə də çətin alınmayıb və o, debüt qarşılaşmasını 4:1 hesabı ilə aktivinə yazıb. Xəlilova yarımfinalda litvalı Ruta Aksionova ilə qüvvəsini sınayıb. Bu görüşdə də üstün olan (8:0) həmyerlimiz finalda iştirak hüququ qazanıb.
Nəzakət çempionluq üçün rusiyalı Anna Xaritonova ilə gücünü yoxlayıb. Təəssüf ki, samboçumuz uğurlu seriyasını davam etdirə bilməyib. Xaritonovaya 0:5 hesabı ilə məğlub olan Xəlilova gümüş medalla kifayətlənib.
Bu, yığmamızın Avropa Oyunlarında qazandığı 36-cı mükafat olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.