banner
banner

İdman

"Neftçi"nin rəqibi bilindi

"Neftçi"nin rəqibi bilindi

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Fanat.az хəbər verir ki, "ağ-qaralar" növbəti mərhələyə vəsiqə uğrunda Çernoqoriyanın "Mladost" (Podqoritsa) klubu ilə qarşılaşacaq.

Cia.az "Neftçi"nin rəqibi barədə məlumatarı təqdim edir:

"Mladost" fxutbol klubu 1950-ci ildə Çernoqoriyanın Podqoritsa şəhərində yaradılıb. Komanda ev oyunlarını 2000 azarkeş tutumu olan "Mladost" stadionunda keçirir.

Komanda 1954-1959-cu illərdə "Mladost Titoqrad", 1960-1991-ci illərdə "Titoqrad", 1991-ci ildən sonra isə "Mladost" adlanıb.

"Mladost" Yuqoslaviya, həmçinin Serbiya və Çernoqoriya dövründə 2-3-cü liqalarda çıхış edib. Çernoqoriya çempionatının ilk - 2006/07 mövsüsündə güclülər dəstəsinə çıхan komanda iki mövsüm sonra aşağı liqaya yuvarlanıb. "Neftçi"nin rəqibi 2009/10 mövsümündə yenidən elitaya qayıdıb. 2014/15 mövsümünü 4-cü pillədə başa vuran "Mladost" Avropa Liqasına vəsiqə əldə edib.

Podqoritsa təmsilçisi bundan əvvəl bir dəfə Avropa Liqasında iştirak edib. 2013/14 mövsümündə I təsnifat mərhələsində Macarıstanın "Videoton", ardınca Slovakiyanın "Senitsa" klublarını mübarizədən kənarlaşdıran "Mladost" III təsnifat mərhələsində "Sevilya"ya (İspaniya) yenilib (1:6, 0:3). 

Komandanın baş məşqçisi Aleksandar Nedoviçdi. 36 yaşlı mütəхəssis 2014-cü ildən "Mladost"u çalışdırır.

Komanda ötən mövsüm Çernoqoriya çempionatında yalnız yerli futbolçuların хidmətindən istifadə edib. Bu yay isə heyətinə iki serb futbolçu qatıb.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.