banner
banner

Sosİal

Binalar nə vaxt istiliklə tam təmin olunacaq?

Binalar nə vaxt istiliklə tam təmin olunacaq?

Yaxın 2-3 gün ərzində paytaxt binalarının istiliklə tam təminatının tamamlanması gözlənilir

Bunu ANS PRESS-ə açıqlamasında “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin müştəri və abonent xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, bir çox iri rayon qazanxanalarının dövriyəsində 4 min kuba yaxın su var. “Bu suyun hamısını da bir günün içində qızdırıb dövriyyəyə buraxmaq mümkün deyil. Eyni zamanda, istilik xətlərindəki havanın çıxarılmasına da 2-3 gün lazım olur”.

“Bundan başqa, bəzi yerlərdə istiliyin tam təmin edilməsi üçün qazla bağlı problemlər var. Biz bununla bağlı “Azəriqaz”a müraciət etmişik ki, qazın təzyiqini artırsınlar. Yaxın 2-3 gün ərzində istiliyin təmin olunması ilə bağlı bütün işlərin tamamlanması, istiliyin tam verilməsi gözlənilir”, - deyə Rafiq Əliyev bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.