banner
banner

Sosİal

Bakıda 9 nəfəri gün vurdu

Bakıda 9 nəfəri gün vurdu

İyunda Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına günvurma halları ilə bağlı 9 müraciət daxil olub. Bu barədə stansiyanın baş həkimi Rauf Nağıyev  məlumat verib. Onun sözlərnə görə, günvurma ilə əlaqədar müraciət edənlərin əksəriyyəti orta yaşlı insanlardır.

Bundan başqa, bu il ilansancma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı 14 nəfər olub. İlkin tibbi yardım göstərildikdən sonra onları xəstəxanaya yerləşdiriblər.

Qeyd edək ki ötən illə müqayisədə bu il Azərbaycanda ilan və həşərat sancma hallarının sayı azalıb. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudovun ANS PRESS-ə verdiyi məlumata görə, ötən il ilan və həşərat sancma ilə bağlı müraciətlər aprel ayından başlamışdı. Onun sözlərinə görə, müraciətlərin sayı da bu ilkinə nisbətən çox olub.

"Hadisələr əsasən Hacıqabul, Bərdə, Yevlax, Qəbələ, Samux ərazilərində qeydə alınıb. Bakı ətrafı ərazilərdə də belə hallar baş verir. Əsasən daş karxanaları ərazilərində həşərat sancma halları olur", - deyə Azər Maqsudov bildirib.

Azər Maqsudov ilan və həşərat sancma zamanı ilkin olaraq xəsarət alan adamın hərkətsiz uzadılmalı olduğunu bildirib: “İlan və həşərat sancan adamı heç vaxt tərpətməz olmaz. Yara spirtlə təmizlənməli və yod vurulmalıdır. Ona çay vermək lazımdır. Qatıq, sarımsaq vermək, yaranı sovurmaq, yandırmaq və s. kimi türkəçarə etmək məsləhət görülmür. Xəstəni təcili olaraq həkimə çatdırmaq lazımdır”.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.