Hollivud ulduzu Corc Kluni ilə vəkil həyat yoldaşı Amal Kluni haqqında növbəti qalmaqallı xəbər yayılıb.
Cia.az-ın xarici mətbuata istinadən məlumatına görə, “Life&Style” jurnalı aktyorun xanımının ana olmağa hazırlaşdığını, lakin onun hamiləliyinin anoreksiya (sürətlə arıqlama) səbəbindən dayandırılacağını yazıb. Buna səbəb isə 172 santimetr boylu Amalın cəmi 40 kiloqram çəkiyə sahib olmasıdır. Belə olan halda, hamiləliyin baş tutması mümkün deyil.
Qeyd edək ki, nəşrdə yayılan bu informasiyaya baxmayaraq, Corc Kluni hələ bir neçə ay əvvəl müsahibəsində ata olmaq istəmədiyini demişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.