banner
banner

Dünya

MERS dəhşəti böyüyür

MERS dəhşəti böyüyür

Cənubi Koreyada MERS virusu qurbanlarının sayı 27 olaraq qalıb.

Cia.az-ın məlumatına görə, Yaxın Şərq Respirator Sindrom (MERS) virusundan Cənubi Koreyada iki gündür ölüm halının olmadığı bildirilir. Bu barədə xəbəri “Yonhap” agentliyi yayıb. 

Xəbərdə bildirilir ki, koronovirus xəstəliyi diaqnozu qoyulan 3 100 nəfər karantindədir. Son olaraq, ölümcül virusa yoluxanların ümumi sayı 180 nəfər təşkil edib.

Həmçinin, ölkənin səhiyyə nazirliyi virusdan əziyyət çəkən onlarla xəstənin vəziyyətinin ağır olduğu barədə məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Koreyadan olan həkimlər yaranan böhran səbəbilə çıxış yolları axtararkən, QİÇS (AIDS), Ebola və SARS (MERS) viruslarını təsirsiz hala gətirən dərman (vaksin) icad etdikləri barədə xəbər yayıblar.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.