Günəş şüalarının təsiri əksər hallarda insan bədəninə xeyirli olsa da, həddindən artıq isti havada ciddi problemlərə gətirib çıxara bilir. Buna el arasında “gün vurma” da deyilir. Gün vurma əksər hallarda, başı açıq şəkildə xeyli müddət ərzində gün altında qaldıqda baş verir.
Belə hallarda gün şüalarının təsirindən beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması və qusma kimi hallar müşahidə olunur.
Gün vurmadan bu yollarla qorunmaq mümükündür:
Günün ən isti saatlarında ( 10:00-16:00) məcbur qalmadıqca çölə çıxmamağa çalışın. Bu saatlarda vacib şərtlərdən biri də dənizə girməmək və günəşlənməməkdir.
Çalışın rəngli, yüngül və boş geyimlər seçin. İdman etmək üçün səhər və axşam saatları seçin və 2-4 stəkan maye qəbul edin. Bədən istiliyinin yüksəlməməsi üçün tez-tez duş almağa çalışın. Susuzluk hissi olmasa belə hər gün ən az 21-1 stəkan su için .
Diqqət! Çimərlikdə olduğu zaman heç bir halda alkoqol içkiləri qabul etməyin! Alkoqol orqanizmdə termorequlyasiyanı (istiliyin tənzimi) kəskin şəkildə pozur və bu da öz nöbəsində ciddi problemlərə yol açır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.