banner
banner

Hərbİ

Müdafiə naziri İlham Əliyevə raport verdi

Müdafiə naziri İlham Əliyevə raport verdi

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib. 

Cia.az AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoydu. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib. 

Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxdı.

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsib. Sonra dövlət başçısı şəxsi heyətlə görüşüb. Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlət başçısına raport verib. 

Prezident İlham Əliyev əsgərləri salamlayıb. 

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söyləyib.

Sonra dövlət başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış olub.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.