banner
banner

Sosİal

“Facebook”dan “Messenger”lə bağlı yeni qərar

“Facebook”dan “Messenger”lə bağlı yeni qərar
Sosial şəbəkə rəsmiləri bildirir ki, artıq bundan sonra “Facebook”da qeydiyyatı olmayanlar da “Messenger” əlavəsinə sərbəst daxil ola biləcəklər.
“Facebook Messenger”ə daxil olmaq üçün istifadəçinin sadəcə adını və telefon nömrəsini daxil etməsi və şəkilini yükləməsi kifayətdir. “Facebook” bu addımla əlavəsinin auditoriyasını genişləndirmək niyyətindədir. Bundan başqa, şirkət “Messenger”i sosial şəbəkəyə bağlı olmayan müstəqil proqrama çevirmək istəyir.
 
Bundan öncə “Facebook” “Messenger”i kənar tərtibatçılar üçün açıq edib. O zaman şirkətin rəhbəri Mark Sukerberq bildirib ki, istifadəçiləri birbaşa olaraq satıcılar, restoran və digər xidmət sahələri ilə birləşdirmək fikrindədir.
 
Xatırladaq ki, aprel ayının sonunda “Facebook Messenger” əlavəsində pulsuz video zənglər funksiyası yaradılıb. Mart ayında isə şirkət bildirib ki, tezliklə əlavədə pul köçürmələri xidmətləri imkanı da yaradılacaq.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.