Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu ötən günlərlə müqayisədə bir necə dərəcə enəcək. Daha sərin hava şəraiti isə iyunun 27-də müşahidə ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Cia.az-a bildirilib ki, iyunun 26-da Bakıda və Abşeron yarımadasında dəyişkən buldulu olacaq, havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağı yağacağı ehtimal edilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 26-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərə dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti olacaq.
İyunun 27-də gündüz saatlarındas Aran rayonlarında 34-39 dərəcə isti olacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.