Vankuver Şəhər Şurası tibbi məqsədlər üçün marixuananın satışının tənzimlənməsi və mağazalara lisenziyaların verilməsi haqqında qərar qəbul edib. Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bu barədə “CBS” telekanalı xəbər yayıb.
Bu ideyanı mer Qreqor Robertson da dəstəkləyib. Beləliklə, Vankuver Kanadada xüsusi ticarət mərkəzlərində yüngül narkotik satışının qanuniləşdirildiyi ilk şəhər olacaq.
Yaxın zamanda 100-ə yaxın mağazanın marixuana satışı ilə bağlı lisenziya alacağı gözlənilir. Lisenziyanın illik qiyməti 30 min Kanada dolları (24 min dollar) olacaq.
Şəhər Şurası bu mağazaların məktəb və ictimai yerlərdən minimum 300 metr məsafədə yerləşməsinə qərar verib.
Kanadanın səhiyyə naziri bu qərara qarşı çıxıb. Nazir bildirib ki, belə bir qərar marixuanadan istifadəni və narkotik maddələrdən asılılığı artıracaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.