banner
banner

Sağlamlıq

Burun əməliyyatından əvvəl bunları bilmək vacibdir

Burun əməliyyatından əvvəl bunları bilmək vacibdir

Dünyada qadınlar ən çox burun və döş əməliyyatı etdirirlər.

Burun əməliyyatı bizim xanımlar arasında da dəbdədir. Qadınlar burnunun özünə yaraşmadığını düşünərək və burun daxili funksiyalarda çatışmazlıq hiss edənlər estetik əməliyyatına ehtiyac duyurlar.

Estetik əməliyyatlarda burun əməliyyatının xüsusi rolu var. Bunun əsas səbəbi burunun üzün xarakterini təyin edən əhəmiyyətli orqan olmasıdır. Çünki burun əməliyyatlarında üz vacib nöqtələrdən biridir. Üzə lazım olan dəyişikliklərə qərar verildikdə bunu mütləq həkimlə məsləhətləşmək lazımdır. Bu səbəbdən plastik cərrahiyyə haqqında əvvəlcədən məlumat toplamaq çox əhəmiyyətlidir.

Hər bir insanın üzü fərqli olduğu üçün tam uyğunlaşma olmaya bilər. Ona görə də burun əməliyyatı etdirərkən plastik cərrah seçimi xüsusi rol oynayır.

Bu məsələdə həkimin təcrübəsi və biliyi çox əhəmiyyətlidir. Gözəl bir üz və təbəssüm üçün bütün ən xırda detallara belə fikir vermək lazımdır.

Estetik cərrah haqqındakı ən səmimi və dürüst məlumatları həkimin xəstələrindən almaq olar. Bunun üçün  həkim qəbuluna ən izdihamlı saatlarda gedin. Mümkün olsa, xəstələrlə danışın. Onlarla söhbət edib müvafiq məlumatlar əldə edin.

Həkim haqqında nələr düşündüyünü onlardan soruşun. Burunları ilə maraqlanın. Burunlarını canlı görmək, fotoşəkildən daha çox məlumat verir. Əməliyyat keçirmiş müddətdə xəstəyə qarşı necə davrandığını və məmnun olduğunu, yoxsa narazı qaldığını soruşun. Gördüyü işlər və məlumatlarla tanış olmaq sizlərə həkim haqqında yetərli təsəvvürlər yaradacaq. Həkimin təcrübəsi və biliyi çox əhəmiyyətlidir. Ancaq ünsiyyət də bir o qədər əhəmiyyətli sayılır.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.